"MTV Azərbaycan" kanalının adından dələduzluq edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə məlumat yayıb. O, həmin şəxsin fotosunu paylaşaraq Daxili İşlər Nazirliyinə müraciət edib:
"Bu şəxs MTV-də işləmir və baş operator olmayıb. Dələduzluqla məşğuldur, adımızdan istifadə edir. Xahiş edirəm ki, tədbir görəsiniz".
Milli.Az