Əfsanəvi futbolçu Mesut Özil bu Ramazanda zəlzələ qurbanları üçün hərəkətə keçib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özil həyat yoldaşı Amine Gülşe ilə birlikdə zəlzələdə ailəsini və yaxınlarını itirən 18 uşağın təhsilini üzərinə götürüb.
Cütlük uşaqlara 12 illik icbari təhsil müddətində dəstək olacaq.
Qeyd edək ki, məşhur futbolçu yaşıl meydanlarla vidalaşdıqdan sonra özünü xeyriyyə işlərinə həsr edib.