27.12.24 | Bakı 10.03° C |
10:06:25
Lent :

Ermənistanla hərbi-texniki sahədə təmaslardan imtina etmirik, sadəcə...

19 iyn 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Ermənistanla hərbi-texniki sahədə təmaslardan imtina etmir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatı, o cümlədən Rusiyanın Ermənistanla silah tədarükü ilə bağlı istənilən danışıqlardan imtina edə biləcəyi ilə əlaqədar şayiələrə münasibət bildirərkən deyib.

Zaxarova aidiyyatı idarələri hərbi təyinatlı məhsulların tədarükü ilə bağlı müvafiq idarələrlə əlaqə saxlamağa çağırıb:

“Xarici ölkələrə hərbi təyinatlı məhsulların tədarükü Rusiya Federasiyası rəhbərliyinin dəfələrlə dediyi xüsusi hərbi əməliyyatın ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. Müəyyən növ silah və hərbi texnika ilə bağlı mövcud məhdudiyyətlər təkcə Ermənistanla deyil, digər tərəfdaşlarımızla da hərbi-texniki əməkdaşlığa aiddir. Ermənistanla hərbi-texniki sahədə təmaslara gəlincə, biz onlardan imtina etmirik, onlar müntəzəm şəkildə aparılır, o tərəfdən heç bir narazılıq görməmişik”, - deyə Zaxarova qeyd edib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur