Serbiyalı tennisçi Novak Cokoviç ATP reytinqinin 1-ci pilləsində karyerasının 416-cı həftəsini keçirib.
Publika.az xəbər verir ki, bu o deməkdir ki, Cokoviç düz 8 ildir dünyanın ən yaxşı tennisçisidir.
Cokoviç ilk dəfə 4 iyul 2011-ci ildə ATP reytinqinə başçılıq edib. Ümumilikdə, o, 641 həftə ərzində ATP reytinqində ilk sırada yer alıb. Yəni o, peşəkar karyerasının 65%-də dünyanın bir nömrəli raketka ustası olub.
Reytinqin 1-ci pilləsində 6 ildən çox qalan başqa tennisçi yoxdur. Bu baxımdan Cokoviçdən sonra ən yaxşı oyunçu 310 həftə (5 il 50 həftə) birinci olan Rojer Federerdir. İlk üçlüyə həmçinin Pit Sampras (5 il 26 həftə) daxildir. Rafael Nadal ilk 5-likdədir. O, 209 həftə (4 il 1 həftə) birinci olub.
Heybət