Supermodel Naomi Kempbell ilk dəfə surroqat anaya müraciət etməsi haqda danışıb.
Publika.az xəbər verir ki, 54 yaşlı model “The Times” qəzetinə müsahibəsi zamanı hər iki övladının surroqat ananın köməyi ilə doğulduğunu təsdiqləyib:
Naomi övladları dünyaya gələndən sosial mediada onların adlarını çəkməməyə, ad günlərini açıqlamamağa və fotolarını paylaşmamağa çalışıb.
“Övladlarım mənim üçün hər şeydir. Uşaqlarım üçün daha yaxşı bir dünya ümid edirəm”, - ulduz qeyd edib.
Supermodel gənc qızların uşaq sahibi olmaq istəməmələrini yanlış adlandırıb: "Deyirəm ki, fikrinizi dəyişəcəksiniz. Ana olmaq istəyəcəksiniz. Mən başa düşürəm ki, iqtisadi baxımdan çətindir. Anamın da heç nəyi yox idi, amma o bacardı. Buna dəyər”.
Cəmilə