Çərşənbə axşamı, martın 26-da Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin finalında Yunanıstanı məğlub edərək (4:2, penaltilər seriyasında) adını turnirin final mərhələsinə yazdırıb.
Publika.az xəbər verir ki, Gürcüstan millisinin futbolçularına tarixi nəticə əldə etdikdən sonra “Şərəf” ordeni ilə təltif olunublar. Bununbla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
“Bu gün çox xoşbəxt bir gündür. Bizi birləşdirən xoşbəxtlik budur. Şəxsən mən bir azarkeş kimi 30 ildir, 1994-cü ildən bu günü gözləyirəm. Uşaqlar bizə böyük xoşbəxtlik gətirdilər... Bu uşaqlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır”, - deyə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.