Ötən gecə Bundesliqanın 24-cü turu çərçivəsində “Bayern” “Frayburq”un qonağı olub.
Publika.az xəbər verir ki, Münhen klubu bu turnirdə 2000-ci oyununu keçirib. “Pivəçilər” bu göstəriciyə çatan ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb. "Bayern" Bundesliqanın turnirində cədvəlində 54 xalla 2-ci yerdə qərarlaşıb.