Oğuzda bıçaqlanma hadisəsi olub.
Qutb.az xəbər veriri ki,, hadisə sentyabrın biri axşam saatlarında, rayonun Bayan kəndində baş verib.
Goranboy rayon sakini Eyvaz Məmmədov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü rayonun Bayan kənd sakini Nuranə Elməddin qızı Məsimovanın yaşadığı ata evinə gələrək onu qarın boşluğundan bıçaqlayıb.
Hadisə zamanı xəsarət alan N.Məsimova Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinin əməkdaşları tərəfindən Şəki RMX-a aparılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.