Parisin Avtonom Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları aşağı maaş və ağır iş şəraiti səbəbindən 7 aylıq tətil elan ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) həmkarlar ittifaqı bəyanatla çıxış edib.
Bildirlir ki, tətil dövrü fevralın 5-dən sentyabrın 9-dək davam edəcək. Bu o deməkdir ki, nəqliyyat işçiləri Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında çalışmaq istəmirlər. Tətildə RATP-nin bütün əməkdaşları iştirak edəcək.
Bundan əvvəl Parisin meri Ann Hidalqo Fransa paytaxtının nəqliyyat sisteminin Olimpiya Oyunlarına hazır olmadığını açıqlamışdı. Oyunlar zamanı nəqliyyatda gediş haqqı iki dəfə artacaq. O cümlədən, metroda bir gediş 2,1 avrodan 4 avroya yüksələcək.
Qeyd edək ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 16-dək keçiriləcək.
Heybət