Cari mövsüm itdikdən sonra "Bayern"də islahatlar başlayacaq.
Publika.az xəbər verir ki, heyətin yarısının Münhen klubunu tərk etmək ehtimalı var. Bu barədə AS məlumat yayıb.
Toxunulmaz futbolçular arasında yalnız Tomas Müller, Manuel Noyer, Camal Musiala və Harri Keyn var. Digər futbolçular isə komandanı tərk edə bilər.
Qeyd olunur ki, klub rəhbərliyi bu qərarı artıq nəzərdən keçirir. Almaniya kubokundan sonra Çempionlar Liqasında mübarizəni dayandrımaq ehtimalının yaranması "Bayern" bosslarını hərəkətə keçməyə məcbur edib.
Heybət