01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Baydenə qarşı üsyan planlaşdırılır: Tramp SEVİNC İÇİNDƏ

02 iyl 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Bayden və Tramp arasında ilk debat sonuncunun aşkar qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, “Asharq Al-Awsat” bunu xatırladaraq “Demokratlar bu gün problem içindədirlər, çünki onların Baydeni uduzur”, - deyə qeyd edib.

Bildirilir ki, Demokratlar Partiyasının mövcud qaydaları Baydenin dəyişdirilməsini qeyri-mümkün edir, lakin bu ehtimal istisna edilmir. Bayden hakimiyyətdən imtina edərsə, ikinci Demokratik Milli Konvensiya onun yerinə namizəd irəli sürə bilər. Bu isə hakimiyyətdən uzaqlaşdırılmazdan əvvəl daxili çəkişmələrə səbəb ola bilər.

Qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris hazırda fəal şəkildə vəziyyəti düzəltməyə çalışır. Baydenin komandası da öz növbəsində hər şeyin plan üzrə getdiyini iddia edir, həmçinin onun növbəti dörd il ərzində Ağ Evdə olmasını gözləyir.

Nəşr son nəticədə Baydenin xaric edilməsindən yeganə qalibin Tramp olacağı qənaətinə gəlib. ABŞ-dakı seçki vəziyyəti ölkədəki siyasi parçalanmanı əks etdirir, Bayden və Tramp arasında qarşıdurma onu daha da gücləndirir.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur