31.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Əmlakın qeydiyyatı ilə bağlı ÇAĞIRIŞ

30 iyl 2025 07:00
GÜNDƏM
ads

İstər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır.

 

Qutb.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova bildirib.

 

O qeyd edib ki, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yalnız qanunvericiliklə tələb olunan bütün sənədlər o cümlədən tikintiyə və istismara icazə sənədləri təqdim edildikdən sonra mümkündür:

"Bütün sənədlər Dövlət Reyestrinə təqdim edildikdən sonra çoxmənzilli binalardakı mənzillərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı heç bir problem yaranmır".

 

Onun sözlərinə görə, tikinti və istismara icazə sənədləri müxtəlif dövlət qurumları tərəfindən verilir və bu proses bir neçə mərhələdən ibarətdir:

 

"Tikinti üçün icazə bir dövlət qurumu, istismara qəbul üçün isə başqa bir qurum tərəfindən verilir. Bəzi hallarda əlavə qurumların da razılığı tələb oluna bilər. Lakin istər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır".

 

Qeyd edək ki, Prezidentin 13 yanvar 2015-ci il tarixli və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə fərmanı, eləcə də həmin siyahıya dəyişikliklər edən 30 oktyabr 2015-ci il tarixli fərmanda bu yaxınlarda dəyişiklik olunub.

Dəyişikliyə əsasən, təxminən 100 min vətəndaş sənədsiz evlərini dövlət qeydiyyatına almaq imkanı əldə edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur