“Meta” şirkəti “Facebook” hesabının bağlanması səbəbindən məhkəmə iddiası qaldıran ABŞ prezidenti Donald Trampa 25 milyon dollar ödəyəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
“Meta”-nın kommunikasiyalar üzrə direktoru Endi Stoun 25 milyon dollarlıq hesablaşmanı ehtiva edən müqavilənin şərtlərini təsdiqləyib.
Bildirilib ki, ödəniləcək pulun 22 milyon dolları Trampın prezident kitabxanasına, qalan hissəsi isə vəkillik xərclərinə ayrılacaq.
Xatırladaq ki, Tramp 2021-ci ilin iyulunda Konqres basqınından sonra ona senzura tətbiq etdiyinə görə “Facebook”, “Twitter” (indiki “X”) və “Google”-u məhkəməyə verəcəyini açıqlamışdı.
Roza