31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

TIR-a görə bağlanan Oğuz yolu açıldı - YENİLƏNİB

21 iyl 2023 12:00
HADİSƏ
ads

Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə bağlanan magistral yol açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəzadan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.

Daha sonra yük avtomobili həmin ərazidən götürülüb və avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobilinin sürücüsü idarəetməni itirmiş, nəticədə nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlamışdı.

-------

11:36

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur