Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti NATO sammitində iştirak etmək üçün Vaşinqtona gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Zelenski həyat yoldaşı ilə birlikdə Ukrayna ictimaiyyətinin nümayəndələri ilə danışıb. O, Ukraynanın NATO-ya yaxınlaşmasına kömək etdiklərinə görə onlara təşəkkür edib və əlavə edib ki, Şimali Atlantika Alyansına qoşulmaq mütləq baş verəcək.
Xatırladaq ki, NATO-nun yubiley sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Tədbir alyansın yaradılmasının 75 illiyinə həsr olunub. Görüşün əsas mövzularından biri Ukraynaya davamlı dəstəkdir.
Hüseyn İbadlı