"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi La Liqanın 5-ci turunda "Jirona" ilə matçda (4:1) qol vurub və daha sonra bud nahiyəsindən zədə alıb.
Qeyd edək ki, Avropa çempionu olan Olmo İspaniya çempionatında debüt mövsümündə 3 matçda 3 qol vurub.
Qutb