04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tacir Şahmalıoğlu oğlunun toyunun ləğv edilməsindən danışdı: Qız son anda dedi ki...

15 mar 2024 16:00
GÜNDƏM
ads

“Ailəlikcə toya hazırlaşırdıq, amma arzumuz baş tutmadı”.

Publika.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu oğlunun nişanlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Sənətçi oğlunun toyunu ləğv etməsindən danışıb:

“Oğluma yaxın dostumun qızını alacaqdım. Amma qız son anda razılıq vermədi, bildirdi ki, özünün istədiyi oğlan var. Nə edə bilərdik ki? Bunu bildik və toyu ləğv etdik”.

Tacir Şahmalıoğlu bundan narahat olmadığını da vurğulayıb:

“Azərbaycan böyükdür, qızdan çox qız var. Oğlumun qisməti çatanda bizi düz ünvana aparacaq. Təki mənim oğluma tapılmayan qız olsun. Allah bütün balaları xoşbəxt eləsin, mənimkilər də onların arasında”.

Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirəcəyini açıqlamışdı. Sənətçi oğlunu dostunun qızı ilə nişanlayacağını bildirmişdi.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur