“İndependent Türkçe” nəşrinin jurnalisti Nevzat Çiçəyin “Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizliyini Türkiyə xüsusi təyinatlıları təmi etməlidir” açıqlaması İrəvanı qarışdırıb.
Publika.az xəbər verir ki, N.Çiçək Paşinyanın erməni cəmiyyətini miflərdən və saxta tarixdən ayıltmağa çalışmasının regional sülh üçün əhəmiyyətli olduğunu deyib.
“Paşinyana sui-qəsd edə bilərlər. Helikopterlə bağlı son hadisə bu riskin olduğunu göstərir. Fikirlərim birmənalı qarşılanmasa da, düşünürəm ki, Paşinyanın təhlükəsizliyini Türkiyə xüsusi təyinatlıları təmin etməlidir”, - Çiçək bildirib.
İrəvan küçələrində aksiya keçirən erməni keşiş Baqrat Qalstyan isə türkiyəli jurnalistin sözlərindən Paşinyana qarşı siyasi ittiham kimi istifadə edib.
B.Qalstyan bildirib ki, bu sözlər onların Paşinyana etiraz etməklə doğru yolda olduğunu göstərir.
“Bizi heç nə qorxutmur. Bu o deməkdir ki, biz düzgün yoldayıq”, - o deyib.
Erməni keşiş qeyd edib ki, polislər onlara qarşı müsbət davranır. Bəllidir ki, bununla Ermənistan polisinin hakimiyyətə qarşı çıxmasını təmin etməyə çalışırlar.
Asif