General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən növbəti xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.