“Xarici agentlər” qanunu Gürcüstanı səhv istiqamətə aparır.
Publika.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O, qanun layihəsi ilə bağlı NATO üzvü ölkələrinin naranatlığını ifadə edib.
“Mən bu yaxınlarda Gürcüstanda idim və Gürcüstan kimi tərəfdaş ölkələrlə əməkdaşlıq çox vacibdir. Amma biz Gürcüstan xalqının demokratik cəmiyyətdə yaşamaq istəyini təmin etməliyik”, - Stoltenberq deyib.