Ötən həftə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən “Liverpul”un sabiq kapitanı Alan Hansen sağalır.
Publika.az xəbər verir ki, bu barədə 68 yaşlı veteranın sabiq komanda yoldaşı Qrem Suness məlumat verib.
“Mən dünən onunla danışdım. Səsi heyrətamiz idi. Ona görə də ümid edirəm ki, o, tam sağalma yolundadır. O, geri döndü.
Bazar günü qatara mindim, yerimi axtarırdım və telefonuma zəng gəldi. Baxıram və ekranda “Böyük Al”ı görürəm.
Fikirləşdim ki, “yox, o zəngə cavab verməz”. Mən oturub geri zəng etmək üçün cəsarət topladım və o, telefona cavab verdi. Onun çətinlikləri var idi, amma dünən səsi əla idi və ümid edirəm ki, mən haqlıyam”, – Suness “The Mirror” nəşrinə bildirib.