Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) dünyaşöhrətli argentinalı futbolçu Lionel Messi ilə görüşüb.
Publika.az xəbər verir ki, Coni Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada səfəri zamanı "İnter Mayami"nin ulduz futbolçusu ilə bir araya gəlib. O, bununla bağlı "İnstagram" səhifəsində paylaşım edib
Qeyd edək ki, ABŞ təmsilçisi Səudiyyə Ərəbistanında mini-turnirə qatılıb. Komanda turnirdəki ilk görüşündə "Əl-Hilal"a uduzub - 4:3. "İnter Mayami" bu gün Kriştiano Ronaldonun kapitanı olduğu "Əl-Nəsr"lə qarşılaşacaq. Saat 22:00-da başlayacaq görüşdə zədəli olan portuqaliyalı superulduz iştirak etməyəcək.
Heybət