Qəzzada işğala son qoymaq istəməyən İsrail Livan və Suriyada hərbi mövcudluğunu davam etdirəcəyini bildirib.
QÜTB.AZ xəbər verir ki, İsrail hökuməti Qəzza, Suriya və Livanla yanaşı, Yəməndə də husilərlə münaqişənin intensivliyini artırmağı planlaşdırır.
Gözlənilir ki, Livandakı hadisələr tezliklə Yəmən də təsir edəcək. Qəzzada heç bir atəşkəs və girov mübadiləsinə “hə” deməyən İsrail atəşkəsə baxmayaraq Livanda irəliləyişini davam etdirir. İsrail ordusu noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşmasında nəzərdə tutulan 60 günlük müddətdən sonra Livanın cənubunda qalmağı planlaşdırır. Vəziyyətdən narahat olan Livanın Baş naziri Naguib Mikati beynəlxalq ictimaiyyəti, xüsusən də Fransa və ABŞ-ı işğal olunmuş ərazilərdən geri çəkilməsini sürətləndirmək üçün İsrailə təzyiq göstərməyə çağırıb. Digər tərəfdən, İsrail döyüş təyyarələri atəşkəsə baxmayaraq ötən günlərdə Suriya-Livan sərhədindəki Beka vadisini bombalayıb.
Suriyada Əsəd rejiminin müxaliflər tərəfindən süqutundan sonra İsrail köhnə rejimə aid bir çox hərbi bölgəni bombalayıb və hazırda işğal etdiyi Suriyanın Colan təpələrində mövcudluğunu daha da genişləndirib. Suriya İnsan Haqları Müşahidə Qrupu İsrail ordusunun ölkənin ən hündür dağı olan Hermon dağı da daxil olmaqla 300 kvadrat kilometr əraziyə nəzarət etməyə başladığını açıqlayıb. “Wall Street Journal”da çıxan bir məqalədə bu bölgədə yaşayan suriyalıların İsrail əsgərlərinin uzun müddət mövcudluğundan narahat olduğunu bildirilib.
İsrailin Husilərin nəzarətindəki Beynəlxalq Səna Hava Limanı və Yəmənin Hudeydə şəhərinə 100 döyüş təyyarəsi ilə həyata keçirdiyi hava hücumlarında ölənlərin sayının 6-ya yüksəldiyi açıqlanıb. Yəməndəki husilər İsrailin Qəzzanı işğal etdiyini əsas gətirərək raket hücumları ilə Təl-Əvivi hədəfə alıblar.
İsrailin artan hücumlarının arxasında korrupsiya qalmaqalı fonunda Netanyahunun hakimiyyətdə qalmağa çalışdığı düşünülür. Korrupsiya iddiaları ilə hakim qarşısına çıxan Netanyahudan daha bir xəbər gəlib. İsrail Baş Prokurorluğu Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı siyasi təzyiq şübhəsi ilə istintaqa başladığını açıqlayıb.
Suriyada yeni administrasiya tərəfindən təyin edilən Dəməşq valisi Mahir Mərvan “Amerika NPR”yə müsahibəsində bildirib ki, yeni qurulan administrasiya İsraillə yaxşı əlaqələr qurmaq istəyir. Mervan keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra İsrailin ilkin narahatlığını anladıqlarını və bunu təbii qarşıladıqlarını bildirib.
Aysel Şahmar