“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
QÜTB.AZ xəbər verir ki, Musayev ardıcıl ikinci dəfə mükafata sahib çıxıb.
14 turdan sonra məğlub olmayan "Krasnodar" 36 xal toplayaraq RPL-in turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, Murad Musayev bu illin əvvəlinə qədər Azərbaycanda çalışırdı O, uğursuz nəticələrə görə “Sabah”dan istefa verdikdən bir müddət sonra “Krasnodar”ın "sükanı arxasına" keçib.
Qutb