Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov Brüsseli tərk edəcəyini açıqlayıb.
Bu barədə QÜTB.AZ “TASS”a istinadən xəbər verir.
“Altı il yarımdan sonra planlaşdırılmış rotasiya çərçivəsində mən Brüsseldəki işimi tamamlayıram. 2024-cü il hadisələri təsdiqləyib ki, Vaşinqtonun və onun sattelitlərinin beynəlxalq məsələlərdə bölünməz hökmranlığı dövrü başa çatır. Qərb ölkələrinin monopoliyasında qurulan mahiyyətcə birqütblü və neokolonial dünya keçmişə çevrilir.
Siz və mən dünyanı yaxşılığa doğru dəyişmək, onu bərabər və ədalətli etmək üçün məsuliyyət daşıyırıq. Əmin etmək istəyirəm ki, Rusiya ayrıca bir sivilizasiya ölkəsi kimi beynəlxalq münasibətlər sisteminin yenilənməsinə həlledici töhfə verməyə, bu obyektiv prosesin lokomotivinə çevrilməyə hazırdır”, - deyə o qeyd edib.
Diplomatına gedəcəyi dəqiq tarix açıqlanmasa da, missiya özü işini davam etdirəcək.