15.10.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

“Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm” - VİDEO

15 okt 2025 10:00
GÜNDƏM
ads

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qutb.az-ın məlumatına görə, bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “MediaTürk TV”nin efirində qonaq olarkən Ramiz Mehdiyev barədə danışıb.

O qeyd edib ki, Ramiz Mehdiyev çox böyük səlahiyyət sahibi idi, çoxları onu görəndə əllərini cibindən çıxarıb küncdə dayanan, yaxud onun tapşırıqlarını gözləyən və eşidən insanlardan ibarət idi.

"Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm. Moskva onu prezident eləmək istəyirdi.  Prezidenti isə xalq seçməlidir. Xalqın etimadı da Heydər Əliyevə idi. Heydər Əliyevin siyasi kursunu davam etdirən hakimiyyətə gəlməliydi. Digərlərinin əksinə olaraq mən Ramiz Mehdiyevin üzərinə getdim. Qəzetlərin birində onu açıq şəkildə xəyanətkar adlandırdım.  Biz 20 Yanvarda o qədər şəhid verdik ki, yenidən Kremlin boyundurağı altına girək?", - Fəzail Ağamalı bildirib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur