Qırğızıstan rəhbəri Sadır Japarov prezident Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə respublika başçısının saytında məlumat verilib.
Japarov Kazana “Gələcək Oyunlar” beynəlxalq multi-idman yarışının açılış mərasimində iştirak etmək üçün gələcək. Tədbir çərçivəsində Qırğızıstan prezidenti Putin və Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşəcək. “Görüşlər zamanı tərəflər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Qırğızıstan prezidenti ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa çağırıb. Eyni zamanda, o qeyd edib ki, respublika bərabərhüquqlu əməkdaşlığa tərəfdardır və hər kəslə, o cümlədən Vaşinqtonla işləməyə hazırdır.
Tural