“Milan”ın və Portuqaliya millisinin hücumçusu Rafael Leao ” Əl-Hilal”a keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu ulduz futbolçunu satmaq istəmir. Lakin oyunçunun müqaviləsində 175 milyon avroluq sabit transfer məbləği olduğu bildirilir.
Portuqaliyalı vinger bütün diqqətini Avropa çempionatına cəmlədiyi üçün indi transfer haqda düşünməyə hazır deyil. O, yalnız turnir başa çatdıqdan sonra qərar verəcək.
Bu mövsüm Leao bütün yarışlarda 46 matçda iştirak edib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib. Futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”ə görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.