Bakının bir sıra yollarında tıxac yaranıb.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.