09.04.25 | Bakı 15.03° C |
16:46:21
Lent :

Trampın qələbəsindən sonra Rusiya Makronu belə ələ saldı

06 noy 2024 14:00
DÜNYA
ads
Advertisement

Fransa lideri Emmanuel Makron ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra “məlumat mənbələrini dəyişməlidir”.

QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Belə ki, diplomat Trampı seçilməsi münasibətilə təbrik edən Makronun son hərəkətlərinə münasibət bildirib. Bir gün əvvəl Makron öz məlumat mənbələrinə istinadən respublikaçının dövlət başçısı postunu tuta bilməyəcəyinə əminliyini ifadə etmişdi.

"Fransa prezidenti məlumat mənbələrini dəyişdirməlidir", - Zaxarova qeyd edib.

Eyni zamanda o, Makronun ABŞ seçkiləri ilə bağlı məlumatı ona Ukrayna haqqında məlumat verən eyni mənbələrdən aldığını istisna etməyib.

Qeyd edək ki, noyabrın 6-da Fransa lideri "X" sosial şəbəkəsində Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən yazı dərc edib. Makron əlavə edib ki, o, Paris və Vaşinqtonun son dörd il ərzində etdiyi kimi Amerika hakimiyyəti ilə “birgə işləməyə” hazırdır.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur