Türkiyənin İzmir şəhərində bir şəxs keçmiş sevgilisinin ev ünvanına nağd pulla çoxlu miqdarda yemək sifarişi verib.
Publika.az xəbər verir ki, bir müddət sonra evin qarşısında kuryer axını yaranıb. Kuryerlər xeyli gözlədikdən sonra qapını heç kimin açmadığını görərək, oradan uzaqlaşıblar.
Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Sosial şəbəkələrdə paylaşılan görüntülər marağa səbəb olub.
Roza Şəfiyeva