09.04.25 | Bakı 15.03° C |
01:34:20
Lent :

Ağır zədə aldı, Avropa çempionatında oynamayacaq

04 mar 2024 23:00
İDMAN
ads

“Sassuolo”nun və İtaliya millisinin vingeri Domeniko Berardi A Seriyasının 27-ci turunun “Verona” ilə oyununda (0:1) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Publika.az xəbər verir ki, 29 yaşlı futbolçuya sağ ayağının axilles vətərinin qopması diaqnozu qoyulub. Klubun saytı xəbər verir ki, o, çərşənbə axşamı əməliyyat olunacaq.

Berardinin sağalması üçün konkret müddət yoxdur. Lakin məlumdur ki, belə zədələrlə futbolçular altı aydan tez olmayan müddətdə yenidən meydana qayıdırlar. Belə ki, Berardi bu yay keçiriləcək Avropa çempionatında oynamayacaq.

Bu mövsüm Berardi A Seriyasında 17 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun millidə keçirdiyi 28 oyunda 8 qolu var.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur