“Bavariya” klubunun və Almaniya millisinin hücumçusu Leroy Zanenin əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Onun köhnə zədəsinə görə əməliyyat olunduğu bildirilib:
“Almaniya millisi Avropa çempionatından kənarlaşdırıldıqdan sonra Leroy Sane Münhendə qasıq nahiyəsindən minimal invaziv əməliyyat keçirib. Ötən mövsümün sonunda “Bavariya”nın futbolçusu ağrılar keçirmişdi. Uğurlu əməliyyatdan sonra 28 yaşlı futbolçu iyulun sonunda Avropa çempionatının digər iştirakçıları ilə birgə məşqlərə qayıtmalıdır”.
Xatırladaq ki, iyulun 5-də turnirin 1/4 finalında Almaniya millisi İspaniyaya 1:2 hesabı ilə uduzub. Sane Almaniya millisinin heyətində Avro-2024-də keçirdiyi 5 oyunun hamısında iştirak edib.