31.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qurban Qurbanov: "Sonacan dözümlü olmağa"

31 yan 2025 05:00
İDMAN
ads
Advertisement

"Son oyunumuz çox ciddi rəqibə qarşı idi".

QÜTB.AZ xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə üzgün olduqlarını bildirib:

“Son oyunumuz idi və çox ciddi rəqibə qarşı. Bu komandanın bu il Avropa Liqasının qalibi olmağa iddialı olduğuna şübhə etmirəm. Çünki keçən il Konfrans Liqasını qazanıblar, bu il isə arzuları, istəkləri, hədəfləri çox böyükdür. Bu komandada sürət, dinamika var. Son oyunumuzda sonacan dözümlü olmağa, çox yaxşı oynayıb yüksək nəticə əldə etməyə çalışdıq”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu Yunanıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur