Papua Yeni Qvineyanın baş naziri Ceyms Marape ABŞ prezidenti Co Baydenin İkinci Dünya Müharibəsi zamanı həlak olan əmisinin taleyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Publika.az xəbər verir ki, Amerika lideri bir neçə gün əvvəl bu bölgədə hərbi təyyarədə qəzaya uğrayan qohumu Ambrose Finneqanın cəsədinin heç vaxt tapılmadığını açıqlamışdı. Bayden mərhumun yerli qəbilələr tərəfindən yeyilə biləcəyini istisna etməyib. "Yeni Qvineyanın bu hissəsində çoxlu adamyeyən var idi", - Bayden deyib.
Baş nazir Marape ABŞ prezidentinin sözlərinə görə təəssüfləndiyini bildirib və vurğulayıb ki, ola bilsin, "Baydenin dili dolaşıb".
"Hər halda, mənim ölkəm bu cür etiketlənməyə layiq deyil", - baş nazir deyib.
Mətbuat daha əvvəl yazmışdı ki, Baydenin əmisi və Papua Yeni Qvineyada adamyeyənlərlə bağlı açıqlaması son dərəcə pis qarşılanıb. Bir sıra yerli tədqiqatçılar qeyd ediblər ki, keçmişdə bəzi qəbilələrdə həqiqətən ölü yemək adətləri olub, lakin bu, məsələn, bəzən qohumların dəfn mərasimlərinə aiddir. “The Guardian” Papua-Yeni Qvineya Universitetinin politoloqu Maykl Kabuniyə istinadən yazıb ki, “onlar göydən düşən ağdərili adamı yemirdilər”.
Tural