ABŞ-ın Luiziana ştatının DeRidder şəhərinin meri qəfil istefa verib və bir neçə gün sonra azyaşlı ilə cinsi əlaqədə şübhəli bilinərək həbs olunub.
QÜTB.AZ xəbər verir ki, bu barədə KPLC məlumat yayıb.
İyulun 25-də 42 yaşlı Misti Roberts Klanton iki həftə işdən ayrılacağı barədə xəbərdarlıq edib və şəhərin yanğınsöndürmə rəisinin müavini təyin edilib. Ancaq cəmi iki gün sonra o, şəhər şurasına açıq məktub yazıb və orada vəzifəsindən istefa verdiyini bildirib. O, 15 il DeRidder şəhərinin meri olub.
Klantonla bağlı araşdırma yerli şerif ofisinin əyalət polisinə müraciət etməsi ilə bağlı şikayətlərlə başlayıb.
Məlum olub ki, avqustun 1-də keçmiş mer iki yeniyetmənin dindirilməsi əsasında həbs edilib.
Luiziana polisi qadını onlardan birini cinsi əlaqəyə sövq etməkdə şübhəli bilir.
Hüseyn İbadlı