27.04.24 | Bakı 26.03° C |
14:04:50
Lent :

8 futbolçuya 4 oyunluq cəza

02:00 28.03.2024
İDMAN
ads

Martın 27-də AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Mil” (Beyləqan) – “Göyçay” FK oyunu bitdikdən sonra “Mil” komandasının azarkeşləri meydana daxil olaraq baş hakimi təhqir etdiyinə, onu vurmağa cəhd etdiyinə görə “Mil” komandasının növbəti 3 ev oyunu azarkeşsiz keçiriləcək.

Region Liqasının “Gənclik” İK – “Gənclər” PFM oyununda “Gənclər” PFM komandasının futbolçusu İxtiyar Rəsulov qarşılaşmanın 57-ci dəqiqəsində hakim təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

Gənclər Liqasının İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz”un futbolçusu Fərid Cəfərov qarşılaşmanın 69-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

İCBFA komandasının futbolçusu Fərid Eyvazov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

“Turan Tovuz”un futbolçusu Tahir Tağıyev qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

İCBFA komandasının futbolçusu Heydər Cəbrayılov qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

İCBFA komandasının futbolçusu Cavid Məmmədov qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

İCBFA komandasının futbolçusu Fərid Quliyev qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

“Turan Tovuz”un futbolçusu Məhəmməd Abbasov qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

“Turan Tovuz”un futbolçusu Dəniz Rəcəbov qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az