09.05.24 | Bakı 21.03° C |
12:05:43
Lent :

Ştaynmayerin Türkiyə təəssüratı: Hər dəqiqə qiymətli idi

13:00 27.04.2024
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, 22-24 aprel tarixləri arasında Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olub.

Publika.az xəbər verir ki, o, Türkiyə səfərinin ardından türk jurnalistlərə açıqlama verib.

Ştaynmayer açıqlamasında qeyd edib ki, diplomatik əlaqələrin başlamasının 100-cü ildönümündə Türkiyəyə gəlmək onun üçün çox əhəmiyyətli olub:

“İki ölkə də NATO müttəfiqi və G-20-yə üzvdür. Türkiyə ilə Almaniyanın bir-biri üçün əvəzolunmaz iki ölkədir. Bizim bir-birimizə ehtiyacımız var. Türkiyədə keçirdiyim hər dəqiqə qiymətli idi”.

Almaniya prezidenti İsrail və Fələstin arasındakı qarşıdurmalara toxunub:

“Türkiyə ilə həmfikirik ki, Yaxın Şərqdə qalıcı sülh olmalıdır”.

Ştaynmayer Türkiyə vətəndaşlarının viza prosesində yaşadıqları problemlərlə bağlı suala cavab verib.

O Türkiyədəki baş konsulluq işçilərinin sayının artırıldığını, proses müddətinin qısaldılması və görüşlərin daha sürətli aparılması üçün işlərin aparıldığını bildirib.

Ştaynmayer prezident Ərdoğanın Türkiyə millisinin də iştirak edəcəyi Avro-2024 üçün Almaniyaya gəlməsini gözlədiyini də bildirib.

Aysel


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az