07.05.24 | Bakı 13.03° C |
10:05:51
Lent :

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

23:00 26.04.2024
İDMAN
ads

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.

Publika.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında 31-ci turun "Zirə-2” – "Neftçi-2” oyununda baş verib.

52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2″nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.

Hər üç futbolçu 3 oyun cəzalanıb. "Zirə-2” 200 manat, "Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az