Xəbər verdiyimiz kimi Tarsus-Adana-Qaziantep (TAQ) şossesində 10 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Publika.az "Haberler"e istinadla xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca hadisə zamanı xəsarət alanların sayının artığını açıqlayıb.
"Mersin-Adana magistral yolunda sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari yol qəzasında 10 nəfər həyatını itirib, 9-u ağır olmaqla 40 nəfər yaralanıb. Xəstəxanalarımızda yaralıların müalicəsi davam edir. Həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - nazir bildirib.
xxx
21:50
Mersində Tarsus-Adana-Qaziantep (TAQ) şossesində zəncirvari yol qəzası baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.
İlkin məlumata görə, TAQ şossesinin Yenice ərazisində şəhərlərarası sərnişin avtobusları, yük maşınları və minik avtomobilləri daxil olmaqla çox sayda nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Qəza yerindən ilk görüntüləri təqdim edirik: