"Real"ın vingeri Vinisius La Liqanın 12-ci turunun təxirə salınmış "Valensiya" ilə oyununda (2:1) kobudluğa görə ağır cəza ilə üzləşə bilər.
QÜTB.AZ xəbər verir ki, braziliyalı futbolçu maksimum 12, minimum isə 4 matçlıq diskalifkasiya edilə bilər. Buna səbəb matçın protokolunda futbolçunun hərəkətinin aqressiya kimi qiymətləndirilməsidir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.
“79-cu dəqiqədə oyunçu 7 nömrəli De Oliveira Do Nascimento Vinisius aşağıdakı səbəbə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı: Top olmadan rəqib oyunçunun başına xeyli güclə qəsdən zərbə endirdiyinə görə.
Sözügedən futbolçu meydandan qovulduqdan sonra etirazları davam edərkən klubunun üzvləri tərəfindən saxlanılaraq paltardəyişmə otağına aparılıb”, - deyə rəsmi sənəddə qeyd olunub.
Xatırladaq ki, Vinisius 79-cu dəqiqədə “yarasalar”ın qapıçısı Stole Dimitrievskini itələdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Qutb