Avstraliyalı üzgüçü Çelsi Hodces səhhətindəki problemlərə görə karyerasını bitirdiyini açıqlayıb
Publika.az xəbər verir ki, 22 yaşlı xanım idmançı qərarının onun üçün asan olmadığını qeyd edib. Hodces sağlamlığını qorumaq üçün belə seçim etdiyini söyləyib:
“Qərar verməli idim: karyeramı bitirmək və ya gələcəkdə istədiyim qədər sağlam olmaq şansını itirmək. Günün sonunda mən gələcəyim üçün ən yaxşısını etməliyəm və bədənimin ümidsizcəsinə söyləməyə çalışdıqlarına qulaq asmalıyam deyə fikirləşdim”.
Qedy edək ki, Çelsi Tokioda keçirilən Yay Olimpiya Oyunlarının qalibidir. O, 4×100 metr estafetdə qızıl medal qazanıb.