Astroloqlara görə, mayın əvvəli bəzi bürclər üçün sevindirici hadisələrlə yadda qalacaq.
Publika.az həmin bürcləri təqdim edir:
Balıqlar - sevindirici hadisələr ailədə və yaxın çevrənizdə baş verə bilər. Ətrafınızdakı insanlarla münasibətləri və ünsiyyətdəki problemləri qaydasına salmaq üçün yaxşı zamandır. Ayın ilk 10 günlüyü sizin üçün uğurlu olacaq.
Xərçəng - iş həyatında sevindirici xəbərlər alacaqsınız. Bunun nəticəsində həm maddi çətinliklərinizi aradan qaldırmaq, həm də arzuladığınız karyera pillələrinə çatmaq mümkün olacaq. İnamlı və planlı addımlar atmaq lazımdır.
Əqrəb - şəxsi münasibətləriniz üçün mayın ilk on günlüyü çox uğurlu olacaq. Əgər çoxdandır sevgi münasibətlərində şansınız gətirmirsə, sizin üçün bu müddət əsl şanslə dövr olacaq. Səmimi, anlayışlı davranışlar sərgiləməyiniz sizi istəklərinizə daha tez çatdıracaq. (metbuat.az)