12 Yaxın Şərq ölkəsi Qəzza zolağında keçirilən əməliyyata görə İsrail milli futbol komandasının yarışlardan kənarda qalmasını istəyir.
Publika.az "Sky News"a istinadən xəbər verir ki, bununla bağlı FİFA-ya müvafiq məktub göndərilib
Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ futbol federasiyaları İsrailin turnirlərdə iştirakının əleyhinədir. Məktub FİFA-dan başqa, UEFA-nın da daxil olduğu regional konfederasiyalara göndərilib.
İsrail millisinin Avro-2024-ün final mərhələsinə vəsiqə qazanmaq şansı var. Turnir bu ilin yayında Almaniyada baş tutacaq. Qitə birinciliyi iyunun 14-də başlayacaq və iyulun 14-də başa çatacaq.
Heybət