27.04.24 | Bakı 11.03° C |
07:04:32
Lent :

Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib

19:50 13.01.2023
HADİSƏ
ads

Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.

İstintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 

120.2.1-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə, 

120.2.4-xüsusi amansızlıqla adam öldürmə 

120.2.11-ci quldurluqla əlaqədar adam öldürmə maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    11.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az