05.05.24 | Bakı 16.03° C |
06:05:01
Lent :

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olundu

19:00 25.04.2024
HADİSƏ
ads

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az