08.05.24 | Bakı 14.03° C |
09:05:16
Lent :

Venesiyaya giriş pullu oldu: bir gündə 16 min turist gəldi

05:00 27.04.2024
GÜNDƏM
ads

Ödənişli girişin tətbiq olunduğu ilk gündə Venesiyaya gələn təxminən 15 min 700 turist giriş haqqı üçün 78 min avro ödəyib.

Publika.az xəbər verir ki, Venesiya bələdiyyə başçısı Luigi Brugnaro şəhərə daxil olmaq üçün beş avroluq giriş haqqının tətbiqini dəstəkləyib. O, Venesiyanı qorumaq üçün turizmin dəyişilməli olduğunu bildirib.

YUNESKO həddindən artıq turizmin vurduğu ziyanın qarşısını almaq üçün lazımi tədbirlər görülmədiyi təqdirdə Venesiyanın “Təhlükədə olan Ümumdünya İrs” siyahısına salınması barədə daha əvvəl xəbərdarlıq edib.

Bunun qarşısını almaq üçün Venesiya Administrasiyası sentyabr ayında Ər-Riyadda toplanan YUNESKO-nun Ümumdünya İrs Komitəsi qarşısında bu il ziyarətçi axınının idarə edilməsi sistemi yaratmağı öhdəsinə götürüb.

"Məqsəd turist axınını idarə etmək üçün yeni sistem yaratmaq və müəyyən vaxtlarda Venesiyaya bir günlük səfərləri dayandırmaqdır", - Şəhər Şurasının dünənki bəyanatında deyilir.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az