Şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlunun qida zəhərlənməsi ilə bağlı Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, həkimlərin ona göstərdiyi tibbi yardımlara baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az