Yaraqlılar Pakistanın şimal-qərbində, Peşəvər şəhərində polis bölməsinə hücum ediblər.
Publika.az bu barədə Trend-ə istinadən xəbər verir.
Məlumata görə, naməlum silahlıların hücumu nəticəsində on polis əməkdaşı öldürülüb.
Hücum edənlərin hadisə yerindən qaçdıqları bildirilib.
Hələlik heç bir ekstremist qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.