Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI, daxili kəşfiyyat) şənbə günü Respublika Prezidenti Emmanuel Makronun Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarəti zamanı fermerlərin mümkün təxribatlarından ehtiyat edir.
Publika.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilib.
“Prezident fitə basılma riskilə üzləşə bilər”, - sənəddə bildirilir.
Ekspertlər həmçinin dövlət başçısının sərgiyə gəlişindən sonra “çoxlu aksiyaların” olacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, hazırda Fransada kütləvi fermer etirazları adi hal alıb. Bu yaxınlarda təhlükəsizlik səbəbindən Ermənistana səfərdən imtina edən Makron isə kənd təssərrüfatı işçilərinin nümayişləri fonunda artıq ölkədaxili tədbirlərə qatılmaqdan da çəkinir